son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

"Qarabağ"ın futbolçularının ayaqlarını nə bağlayır? - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 7-08-2026, 09:00

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzdu. Matçdan sonra çoxları nəticəni müzakirə edir. Amma əsas məsələ tablodakı hesab deyil. Əsl problem meydanda görünən oyundur.

Bəziləri deyir ki, komandadan çox futbolçu gedib, yerinə gələnlər isə hələ sistemə tam uyğunlaşmayıblar. Guya buna görə zamana ehtiyac var. Məncə, bu, sadəcə bəhanədir. "Qarabağ" beş həftədir avrokuboklarda oyunlara çıxır. Deməli, Qurban Qurbanov bir aydan çox vaxt ərzində istədiyi kollektivi formalaşdıra bilməyib? Buna inanmaq çətindir.

Əsas problem qorxudur. ÇSKA ilə səfər oyunundakı dolu tribunalar, ardınca isə "Dinamo"nun adı Ağdam təmsilçisinin üzvlərinin rəqibdən bir qədər çəkinmələrinə səbəb oldu. Bu da nəticəyə təsir etdi.

Son iki matçda sanki hamı bir şeyi düşünür: "Mərhələni keçə bilməsək, nə olacaq?" Məhz bu fikir onların ayaqlarını bağlayır, hücumları isə yarımçıq qoyur.

Halbuki bu "Qarabağ" həm ÇSKA-nı, həm də "Dinamo"nu məğlub edəcək gücdədir. Problem futbolçuların bacarığında deyil. Məsələ oyunçuların meydanda güclərini tam göstərə bilməmələridir. Oyunda inamın yerini tərəddüd, cəsarətin yerini isə qorxu tutur.

Bu düyünü yalnız Qurban Qurbanov aça bilər. Baş məşqçi futbolçuları bu gərginlikdən çıxarmalı, onlara öz güclərinə inanmağı aşılamalıdır. Hamı başa düşməlidir ki, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanılmasa da, həyat davam edəcək. Amma güclü oyun göstərən komandanın qorxu üzündən avrokuboklardan kənarda qalması həqiqətən də üzücü olar.

Hələ heç nə bitməyib. Tofiq Bəhramov adına Respublika stadionunda bu "Dinamo"nu məğlub etmək mümkündür. Kiyev təmsilçisi əvvəlki əzəmətində deyil! Hər şey "Qarabağ"ın öz əlindədir. Cavab matçında əsas rəqib "Dinamo" yox, futbolçuların beynində yaranmış tərəddüd olacaq. O maneə aradan qalxsa, bu hesabı çevirmək də mümkün olacaq. Çünki "Qarabağ"ın problemi öz gücünə inanmamaqdır!

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR