son dəqiqə SON DƏQİQƏ
“Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ●

"Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı

Bölmə adı Digər
Yayımlandı 6-08-2026, 18:57

Avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçiriləcək.

Sport1.az xəbər verir ki, layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir. 

"Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfədir keçirilir.

2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.

Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.

Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçiriləcək: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.

Qeyd edək ki, hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR