son dəqiqə SON DƏQİQƏ
Nigeriyalı vinger “Sabah”da Premyer Liqada klubunu dəyişdi AŞF-də dünya çempionu ilə görüş keçirilib Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb Güləşçimiz Dünya Çempionatının finalında UEFA-dan İnfantinoya istefa çağırışı Güləş federasiyasının "gümüş-bürünc" təsəllisi, erməniyə qismət olan qızıl medal London derbisində sevinən tərəf “Tottenhem” oldu Millimiz bu dəfə də məğlub oldu Avarçəkənlərimiz Avropa ikincisi olublar AFFA klublara ağız açdı, PFL razılıq verdi Məmmədyarov bir pillə irəlilədi İdmançılarımız Türkiyədəki turnirdə dörd medal qazandılar - Ramil Şeydayev Rusiya klubunda Qadın idmançımızdan uğurlu nəticə "Neftçi" Tokio mərhələsinin 1/4 finalına vəsiqəni rəsmiləşdirdi "Hər bir məşqçi onu komandasında görmək istəyir" - Millinin tarixində ilkə imza atan mütəxəssis komandadan getdi "Qarabağ"ın məğlub olduğu matç bu göstəriciyə görə ilk "5-lik"də - De Bleker AFFA-dan getdi - Yığmamız növbəti oyununa çıxır Azərbaycan çempionunun avrokubok tarixinin bombardirləri müəyyənləşdi DÇ: Hüseyn Rzazadədən qələbə Millimiz Portuqaliya ilə üz-üzə 5 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq - Günün oyunları: Anatoli Nuriyev meydana çıxmadı, komandası qələbə qazandı -

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb

Bölmə adı Döyüş
Yayımlandı Bu gün, 20:58

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə UFC oktaqonuna çıxıb.

Sport1.az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kartında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.

“UFC Belgrade” adı ilə keçirilən turnirin əsas döyüşündə serbiyalı Uroş Mediç amerikalı Daniel Rodrigeslə qarşılaşacaq. Yarış Belgrade Arenada təşkil olunur.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. O, 2025-ci ilin iyununda Bakıda keçirdiyi debüt görüşündə Mıktıbek Orolbaya uduzub. Azərbaycanlı döyüşçü daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək təşkilatda ilk qələbəsini qazanmışdı.

Belqraddakı uğurdan sonra Musayev peşəkar MMA karyerasında 24-cü qələbəsini əldə edib. Onun hesabında 6 məğlubiyyət var. Ludovit Klein isə karyerasında 6-cı məğlubiyyətini alıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR