son dəqiqə SON DƏQİQƏ
KL: "Qarabağ"ın növbəti matçının saatı, yeri və hakimləri açıqlandı Muradın debüt etdiyi avrokubok matçında komandası qələbə qazandı Əliyar Ağayevə UEFA-dan təyinat Türkiyədə yarışacaq Azərbaycan güləşçilərinin adları açıqlandı "Sabah"ın "Orhus"la matçında əsas söz sahibi sloveniyalı referi olacaq "Avrokuboklarda ələ düşən epizoddan 100 faiz istifadə etməlisən" - KL: Mahir Emrelinin komandası darmadağınla növbəti mərhələdə Millimiz yunanlara şans vermədi "Turan Tovuz" üçüncü oyununa çıxır "Vugar Gashimov Open 2026" beynəlxalq şahmat yarışı keçirildi "İnsanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayır?" - Azərbaycan Avropada şərikli liderdir Avrokuboklarda ən yaxşı start "Hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi" Polşalı ekspert Bakıya gələcək Millimiz Monteneqro ilə qarşılaşır U-17 Dünya Çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə qoşulur KL: "Qarabağ"ın rəqibi müəyyənləşdi "Zirə" estonlarla bacarmadı - "Neftçi"yə 1 qol bəs etmədi - "Qarabağ" UEFA Avropa Liqasında mübarizəni dayandırdı - Premyer Liqa klublarının yay transferləri Qurban Qurbanov: “Futbolçularım böyük xarakter göstərdilər” UEFA Avropa Liqası: "Beşiktaş" Danimarkada cavab matçına çıxıb “Qarabağ” Konfrans Liqasında "Sabah" bu göstəricidə Çempionlar Liqasının ən yaxşısıdır “Payde”nin baş məşqçisi: “Bəzən elə oyunlar olur ki…” KL: "Neftçi" mübarizəni dayandırdı

Nazir Qazaxıstanda beynəlxalq idman sammitində iştirak etdi

Bölmə adı Digər
Yayımlandı Dünən, 12:51

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın Astana şəhərində səfərdə oldu.

Sport1.az xəbər verir ki, nazir burada fəaliyyət göstərən "Alem.AI" Beynəlxalq Süni İntellekt Mərkəzində keçirilən "Phygital Sports Summit Astana 2026" beynəlxalq idman sammitində iştirak etdi.

Sammit çərçivəsində Fərid Qayıbov "Fijital idmanın gələcəyinin formalaşdırılması: dövlət, siyasət və qlobal liderlik" mövzusunda keçirilən sessiyada çıxış etdi.

Tədbirdən sonra iştirakçılar “Gələcəyin oyunları”nın rəsmi açılış mərasimini izlədilər.

Açılış mərasimində Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri də iştirak etdilər.

Səfər çərçivəsində Fərid Qayıbov Qazaxıstanın turizm və idman naziri Yerbol Mırzabosınov və Özbəkistan Respublikasının idman naziri Ədhəm İkramovla da ikitərəfli görüşlər keçirdi.

Fərid Qayıbov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin baş qərargahını da ziyarət etdi.

Ziyarət zamanı Azərbaycanın hazırda sədrlik etdiyi AQEM (CICA) Gənclər Şurası çərçivəsində son iki il ərzində ölkəmizdə təşkil olunan tədbirlərdə könüllü kimi fəal iştirak etmiş və fərqlənmiş gənclərlə görüş keçirildi.

Görüşdə gənclərə AQEM Katibliyinin fəaliyyəti, təşkilatın əsas istiqamətləri və beynəlxalq təşkilatlarda karyera imkanları barədə ətraflı məlumat verildi.

Nazir Fərid Qayıbov həmçinin AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşdü.

Görüşdə AQEM ilə gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR