son dəqiqə SON DƏQİQƏ

Sona Ağayevadan qızıl medal

Bölmə adı Digər
Yayımlandı 29-07-2026, 12:36

Azərbaycanın boccia idmançısı Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qalib oldu.
Sport1.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı yarışı qızıl medalla başa vurdu.
Ağayeva çempionluq yolunda portuqaliyalı Monika Kosta və yeni zelandiyalı Xloe Sturtı üstələdi.
Xatırladaq ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR