son dəqiqə SON DƏQİQƏ

Azərbaycan Çempionatı keçiriləcək

Bölmə adı Voleybol
Yayımlandı 29-07-2026, 11:34

Çimərlik voleybolu üzrə klublararası Azərbaycan Çempionatı keçiriləcək.

Sport1.az xəbər verir ki, qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq.

Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.

Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq.

Çempionatın qalibi olacaq komanda 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR