"Sabahın Ulduzları" turnirinin püşkatma mərasimi keçirildi

Bölmə adı Digər
Yayımlandı Bu gün, 11:18

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi "Sabahın Ulduzları" turnirinin püşkatma mərasimi keçirildi.

Sport1.az xəbər verir ki, tədbirdə hər iki qurumun rəsmiləri, eləcə də iştirakçı komandaların nümayəndələri iştirak etdilər.

"Sabahın Ulduzları"nın tarixinə həsr olunmuş videoçarxın nümayişindən sonra BFF-nin prezidenti Tahir Süleymanov, gənclər arasında dünya və Avropa çempionu olmuş Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov, AFFA Texniki Departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və "Neftçi" klubunun koordinatoru İslam Kərimov çıxış edərək, turnirin mahiyyətindən bəhs etdilər.

Ardından püşkatma mərasimi keçirildi.

Avqustun 1-də startı veriləcək turnirin oyunları Bayıl stadionunda keçiriləcək.

Açılış mərasiminin, həmçinin turun mərkəzi oyununun "CBC Sport" kanalı və "YouTube" vasitəsilə canlı yayımlanması nəzərdə tutulur.

"Sabahın Ulduzları" layihəsi

U-15 yaş qrupu. 1-2 avqust. I tur

"Zəngəzur" FK - Marafon" FM
"Qarabağ" FK - "Ulduz" FM
"Şəfa" FK - "Sumqayıt" FK
"Sabah" FK - "Neftçi" PFK
"Qəbələ" FK - "Dinamo" FK
"Zirə" PFK - EFA

U-14 yaş qrupu. 3-4 avqust. I tur

"Qəbələ" FK - "Vətən" FM
"Ulduz" FA - "Qarabağ" FK
"Azərbaycan Qartalları" FK - "Dostluq" FK
"Sumqayıt" FK - "Sabah" FK
"Neftçi" PFK - EFA
"Xan" FK - "Zirə" PFK

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR