Bakının ev sahibliyi etdiyi güləş üzrə U-17 Dünya Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, üçüncü yarış günündə daha 4 yunan-Roma güləşçimiz medal uğrunda mübarizə aparacaq.
Həmçinin 4 qadın idmançımız tatami üzərinə çıxacaq.
Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla, Abdurrahman Hüseynli (51 kq) özbəkistanlı Bunyod Hasanovla üz-üzə gələcək.
Elmir Çərkəzov (60 kq) və Zöhrab Səfərov (92 kq) bürünc medal uğrunda güləşəcək.
Komandamızın aktivində hələlik 3 medal var - İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc medal əldə edib.
Mundial avqustun 2-dək davam edəcək.
Azərbaycan turnirdə ümumilikdə 29 güləşçi ilə təmsil olunur.
U-17 Dünya Çempionatı
43 kq
Valia Harsan (Rumıniya) - Vəfa Orucova
49 kq
Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)
57 kq
Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)
65 kq
Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika)