SON DƏQİQƏ
Bakıda güləş üzrə U17 Dünya Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 2-ci günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da qaliblər müəyyənləşib.
Ömər Salmanov (48 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 7:1. Bununla da Salmanov cari çempionatda ilk medalçımız olub.
Orxan Həbibli (65 kq) hindistanlı Kunal Daqarla gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb – 7:5. Həmyerlimiz bu qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
İsfahan Həsənov (80 kq) isə finalda iranlı Alireza Rezayiyə minimal fərqlə (1:2) məğlub olub və gümüş medalı boynundan asıb.
Beləliklə, millimiz 2-ci yarış günündə 1 gümüş və 2 bürünc medal qazanıb.