son dəqiqə SON DƏQİQƏ
Azərbaycan çempionu cavab oyununa çıxır Portuqaliyalı vinger “Qəbələ”də Dünya çempionu əməliyyat olunub Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək İtaliya millisində 2-ci Roberto Mancini dönəmi başladı "Məsuliyyətim daha da artdı" Azərbaycan klubu məşqçisi ilə bağlı yekun qərarını açıqladı "Sabah" bu futbolçunu 3 milyona satdı Millimiz Portuqaliyanı məğlub etdi "Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" "İmişli"nin akademiyasında AFFA tərəfindən təlim keçirildi Premyer Liqa klubu ev oyunlarını Qəbələdə keçirəcək Türkiyə klubunun Yankoviç israrı "Beşiktaş" Məhəmməd Salahın transferi ilə bağlı açıqlama yaydı "Qarabağ" yeni müqavilə bağladı "İmişli" "Karvan-Yevlax"la üz-üzə DÇ-2026-da məşhurlaşan qapıçı yeni klubunda qadağa ilə üzləşdi Vinisius Junior "Real"ın heyətində məşqlərə çıxmayacaq - "Top-5" liqalarda yay "transfer pəncərəsi" nə zaman yekunlaşacaq? Zidan millinin baş məşqçisi oldu "Qarabağ"ın avrokuboklarda ən çox qol vuran futbolçularının sıralaması AFFA daha bir vebinar təşkil etdi Çiçarito okeanın o tayına gedir "Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunları: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi

Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək

Bölmə adı Digər
Yayımlandı Bu gün, 18:56

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7–9 avqust tarixlərində Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.

Sport1.az xəbər verir ki, çempionatda 50-yə yaxın idmançı ölkənin ən güclüsü adı uğrunda gərgin mübarizə aparacaq.

İdmançılar U15 kateqoriyasında 40 metr, U18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Proqrama əsasən, 7 avqust tarixində idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8 avqustda əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq, 9 avqust tarixində isə final görüşləri ilə qaliblər müəyyənləşəcək.

Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR