son dəqiqə SON DƏQİQƏ

Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır

Bölmə adı Güləş
Yayımlandı 28-07-2026, 09:58

Bakıda güləş üzrə U-17 Dünya Çempionatı keçirilir.

Sport1.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

3 təmsilçimiz medal görüşlərinə çıxacaq.

İsfahan Həsənov (80 kq) qızıl, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc mükafat üçün yarışacaq.

Azərbaycan 52 ölkədən 675 güləşçinin qatıldığı mundialda 29 güləşçi ilə təmsil olunur.

Turnir avqustun 2-də başa çatacaq.

Güləş üzrə U-17 Dünya Çempionatı

45 kq
Əli Cavadlı - Oqnyan Burqazov (Bolqarıstan)

51 kq
Abdulrəhman Hüseynli - Kuanişbek Janqajol (Qazaxıstan)

60 kq
Elmir Çərkəzov - Nurali Askar (Qazaxıstan)

71 kq
Nadir Həsənov - Mahdi Azizboyev (Tacikistan)

92 kq
Zöhrab Səfərov - Hlib Yevsieyev (Ukrayna)

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR