son dəqiqə SON DƏQİQƏ
9 il klubu çalışdıran baş məşqçi ilə yeni müqavilə imzalanmadı Qəbələdə qolsuz heç-heçə Azərbaycan millisinin üzvləri Dünya Kubokunda mübarizə aparacaqlar AGF ilə beynəlxalq təşkilat arasında memorandum imzalandı 6 qolun vurulduğu qarşılaşmada Ağstafa klubu qələbə qazana bildi Toral 37 min azarkeş önündə Arda Turanın komandasına qarşı oynadı Milli komandamız Afinaya yollandı "Şamaxı" qətərliləri məğlub etdi Dünya Çempionatı bu gün başlayır - İlk yarış gününün proqramı açıqlandı Millimizdən Qazaxıstana 7 qol "Turan Tovuz" üçün 2-ci sınaq Premyer Liqa klublarının yay transferləri Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır

AGF ilə beynəlxalq təşkilat arasında memorandum imzalandı - FOTOLAR

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 11:56

Azərbaycan Güləş Federasiyası (AGF) ilə beynəlxalq "Wrestling for Peace" təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalandı.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında ABŞ-nin Azərbaycandakı Səfirliyinin, "Wrestling for Peace" təşkilatının, eləcə də yerli və beynəlxalq idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Çıxışlarda idmanın beynəlxalq əməkdaşlığın inkişafı, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və gənclərin inkişafındakı rolu xüsusi vurğulanıb.

Güləşin yalnız idman növü deyil, həm də dostluq, qarşılıqlı anlaşma və sülhün təşviqinə xidmət edən mühüm platforma olduğu qeyd edilib.

Mətbuat konfransı çərçivəsində Azərbaycan Güləş Federasiyası ilə "Wrestling for Peace" təşkilatı arasında Anlaşma Memorandumu imzalandı.

Sənədi AGF-nin baş katibi Pərvin Piriyev və təşkilatın icraçı direktoru Den Rassel imzaladılar.

Memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın inkişafını, gənc idmançılar üçün yeni imkanların yaradılmasını, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsini, məşqçi və mütəxəssislərin birgə layihələrdə iştirakını, eləcə də güləş vasitəsilə sosial inkişaf və sülh təşəbbüslərinin təşviqini nəzərdə tutur.

Tədbir çərçivəsində "Suples Training Systems" şirkətinin təsisçisi İvan İvanov tərəfindən gənc idmançıların hazırlığına dəstək məqsədilə "Zəfər" Güləş Klubuna beynəlxalq səviyyədə tanınan üç ədəd "Bulgarian Bag" funksional məşq avadanlığı hədiyyə olundu.

Mətbuat konfransı media nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatdı.

Müəllif: Rovsen
OXŞAR XƏBƏRLƏR