son dəqiqə SON DƏQİQƏ

Milli komandamız Afinaya yollandı

Bölmə adı Voleybol
Yayımlandı 27-07-2026, 10:58

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.

Sport1.az xəbər verir ki, komandamız bu məqsədlə Afinaya yola düşdü.

İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.

Azərbaycan C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri ilə mübarizə aparacaq.

Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR