son dəqiqə SON DƏQİQƏ

Dünya Çempionatı bu gün başlayır - İlk yarış gününün proqramı açıqlandı

Bölmə adı Güləş
Yayımlandı 27-07-2026, 10:18

Bu gün Bakıda güləş üzrə U-17 Dünya Çempionatına start veriləcək.

Sport1.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə yunan-Roma güləşçiləri başlayacaqlar.

Yarış Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.

Azərbaycanı mundialda 29 pəhləvan təmsil edəcək.

U-17 Dünya Çempionatı

Təsnifat mərhələsi

55 kq
Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan)

65 kq
Orxan Həbibli - Qaspar Sançez (Çexiya)

80 kq
İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya)

110 kq
Emin Baxşəliyev - Andrey Simiç (Serbiya)

1/8 final mərhələsi

48 kq
Ömər Salmanov - Avinaş Çetake (Hindistan)

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR