son dəqiqə SON DƏQİQƏ

Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı

Bölmə adı Cüdo
Yayımlandı 26-07-2026, 15:13

Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyası üzrə mübarizə başa çatıb.

Sport1.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışın son günündə oğlanlar və qızlar ümumilikdə 8 çəki dərəcəsində qüvvəsini sınayıb.

Beynəlxalq turnirdə 10 ölkəni təmsil edən 81 klubun 289 cüdoçusu tatamiyə çıxıb.

Yarış U-14 yaş kateqoriyasında gənc cüdoçuların beynəlxalq təcrübə qazanması baxımından əhəmiyyətli turnirlərdən biri olub.

Mükafatçıları təqdim edirik:

Qızlar

38 kq

1. Səma Abdullazadə

2. Rüqəyya Səftərli


40 kq

1. Mehparə Həsrətzadə

2. Gülşən İmanova

3. Gülay Ağayeva

3. Ayan Məmmədli


44 kq

1. Halide Özcan (Türkiyə)

2. Nərgiz Fərzəliyeva

3. Səkinəxanım Şahtaxtinskaya


48 kq

1. Ayla Məmmədli

2. Humay Eyvazova

3. Məryəm Nurullazadə


Oğlanlar


38 kq

1. Zöhrab Sayadzadə

2. Rahim Dünyamalıyev

3. Mehdi Əlişov

3. Zadir Rzalı


42 kq

1. Bəxtiyar Cəbrayıllı

2. Hüseyn Nağıyev

3. Rahib İbadov

3. Timur Mironyuk (Almaniya)


46 kq

1. Zahid Hüseynzadə

2. İmran Məlikov

3. Hüseyn Xankişili

3. Yusif Səmədzadə


50 kq

1. Əli Qurbanlı

2. Ömər Allahverdiyev

3. Ülvi Məcidli

3. Fəxrim Məhərrəmov

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR