son dəqiqə SON DƏQİQƏ
Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la qarşılaşır ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● I təsnifat mərhələsinin daha 3 oyunu baş tutacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ●

Yenilənmiş "Qarabağ" ciddi sınaq qarşısında - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 20-07-2026, 15:29

UEFA Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" növbəti sınağına hazırlaşır.


Ağdam təmsilçisi II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 23-də Bakıda keçiriləcək. Bu qarşılaşmada əldə ediləcək nəticə cavab oyununda Ağdam təmsilçisi üçün xüsusi önəm kəsb edəcək. Çünki doğma azarkeşlər önündə keçirilən ilk matçda qeydə alınan hesab ümumi nəticəyə ciddi təsir göstərir.


"Qarabağ" turnirə uğurlu start verib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını mübarizədən kənarlaşdıraraq növbəti raunda yüksəlib. Həmin görüşlərdə "köhlən-atlar" həm intizamlı oyunu, həm də hücumdakı məhsuldarlığı ilə diqqət çəkib. Bu nəticə futbolçuların yeni mövsümə yüksək motivasiya ilə başladıqlarını göstərir.


İndi isə rəqib daha təcrübəli və iddialıdır. ÇSKA Bolqarıstanın Avropadakı ən uğurlu təmsilçisidir. Sofiyalılar üç dəfə qitəmiqyaslı klub turnirlərinin yarımfinalına yüksəlib. "Qarabağ"ı çətin iki oyun gözləyir. Belə bir qarşılaşmada tribunaların yaratdığı atmosfer də böyük əhəmiyyət daşıyacaq.


Son illər "Qarabağ" avrokuboklarda Azərbaycan futbolunun əsas ümidinə çevrilib. Komanda ölkə futbolunu uğurla təmsil edərək azarkeşlərə çoxsaylı sevincli anlar yaşadıb. Məhz buna görə də təmsilçimizin Bakıda keçirilən oyunda dəstəyə ehtiyacı var. Bunun üçün tribunaların tam dolması vacib amillərdən biridir. Azarkeşlərin yaratdığı coşqu bəzən oyunun gedişatını dəyişən əsas faktorlardan birinə çevrilir.


"Qarabağ" belə dəstəyi dəfələrlə hiss edib. Tofiq Bəhramov adına Respublika Stadionunda yaşanan möhtəşəm atmosfer rəqiblər üçün əlavə təzyiq yaradır. Futbolçular isə azarkeşlərin inamını meydanda daha böyük əzmlə doğrultmağa çalışırlar.


ÇSKA ilə oyun da istisna olmayacaq. "Qarabağ" ilk görüşdə sərfəli nəticə qazanmaq istəyirsə, meydanda 11 futbolçu ilə yanaşı, tribunadakı minlərlə azarkeşin də gücünə arxalanmalıdır. Bu, yalnız bir klubun deyil, Azərbaycan futbolunun Avropadakı növbəti sınağıdır. 


Yay "transfer pəncərəsi"ndə "Qarabağ"da ciddi dəyişikliklər də baş verib. 2025/26 mövsümü başa çatdıqdan sonra komandanın heyəti böyük ölçüdə yenilənib. Əsas futbolçulardan bəziləri klubu tərk edərkən, onların yerinə yeniləri cəlb olunub. Demək olar ki, kollektivin 90 faizi yenidən formalaşıb. Bu keçid dövründə futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğu aydındır. Məhz bu mərhələdə azarkeşlərin komandaya göstərəcəyi güclü dəstək yeni heyətin özünəinam qazanmasına, "Qarabağ"ın isə Avropa Liqasında daha inamla irəliləməsinə mühüm töhfə verəcək.


İyulun 23-də futbolsevərləri maraqlı və gərgin mübarizə gözləyir. Sözsüz, həmin dueldə futbolçular azarkeşlərin dəstəyinə ehtiyac duyacaq. Tribunalar dolu olarsa, Bakıda "Qarabağ" üçün daha bir unudulmaz matçın gerçəkləşəcəyinə inam da artacaq.


RÖVŞƏN ƏLİSOY

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR