son dəqiqə SON DƏQİQƏ
AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edir ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ●

Azərbaycan ilk dəfə Dünya Gənclər Çempionatında təmsil olunacaq

Bölmə adı Digər
Yayımlandı 15-07-2026, 20:34

Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə idman dırmanması üzrə Dünya Gənclər Çempionatında çıxış edəcək.

Sport1.az xəbər verir ki, yarış iyulun 18-25-də İtaliyanın Arco şəhərində yerləşən Rock Master Climbing Stadium-da təşkil olunacaq.

Dünya Gənclər Çempionatı U17 və U19 yaş kateqoriyaları üzrə Boulder, Lead və Speed növlərində keçiriləcək. Turnir gənc idmançılar üçün bu idman növünün ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunur.

Azərbaycan Alpinizm Federasiyası üçün bu iştirak tarixi əhəmiyyət daşıyır. Gənclərdən ibarət milli komanda ilk dəfə dünya çempionatında qüvvəsini sınayacaq. Bu, idmançılarımıza beynəlxalq təcrübə qazanmaq, dünyanın ən güclü rəqibləri ilə mübarizə aparmaq və ölkəmizi yüksək səviyyədə təmsil etmək imkanı yaradacaq.

Arco şəhərində keçiriləcək mundialda 60-a yaxın ölkədən 650-yə yaxın idmançı, 180 məşqçi və komanda nümayəndəsinin iştirakı gözlənilir. Ümumilikdə yarışa 1000-dən çox iştirakçının qatılması nəzərdə tutulub.

Azərbaycan Alpinizm Federasiyası bu çempionat vasitəsilə gənc idmançıların beynəlxalq arenada inkişafını sürətləndirməyi və gələcəkdə dünya səviyyəli yarışlarda davamlı iştirak üçün möhkəm baza formalaşdırmağı hədəfləyir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR