son dəqiqə SON DƏQİQƏ
AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edir ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ●

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib - FOTO

Bölmə adı Digər
Yayımlandı 14-07-2026, 12:21

Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Sport1.az xəbər verir ki, PFL tərəfindən ənənə halını almış turnir 5-ci dəfə baş tutub.

Budəfəki yarışda komanda seçimi mərhələsi əvvəlki turnirlərdən fərqlənib.

Digər turnirlərdə ən çox mükafatçılar sırasına düşmüş, çempion olmuş media nümayəndələri “səpələnmişlər” səbətinə salınıb və bu cür iştirakçıların iki nəfərdən çoxu eyni komandada yer almayıb.

80-ə yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Təsadüfi deyil ki, çempion son turda müəyyənləşib.

Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.

Tədbirin sonunda "Şamaxı" komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb.

Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.




Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR