son dəqiqə SON DƏQİQƏ
AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edir ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ●

Azərbaycan çimərlik voleybolçuları Baltik çempionatında bürünc medal qazandı

Bölmə adı Voleybol
Yayımlandı 12-07-2026, 21:16

Latviyanın paytaxtı Riqada 20 yaşadək idmançılar arasında çimərlik voleybolu üzrə Baltikyanı ölkələrin açıq çempionatına yekun vurulub.


Sport1.az xəbər verir ki, Azərbaycan yarışda həm oğlan, həm də qız komandaları ilə təmsil olunub.


Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda görüşdə Latviya yığmasını 2:1 hesabı ilə məğlub ediblər.


Qızların yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütü 27 komanda arasında mübarizə apararaq turniri 12-ci pillədə başa vurub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR