son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

“Qarabağ” beynəlxalq turnirdə çıxış edəcək

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 3-06-2026, 23:26

“Qarabağ”ın U-14 komandası 5-8 iyun tarixlərində İtaliyanın Palmanova şəhərində təşkil olunacaq 9-cu “Fabio Zuccheri Cup” beynəlxalq turnirində iştirak edəcək.


Sport1.az xəbər verir ki, Azərbaycan təmsilçisi 12 komandanın mübarizə aparacağı yarışda B qrupunda yer alacaq. 


“Qarabağ” qrup mərhələsində İtaliyanın “Bolonya”, “Karlin Muzane” və Xorvatiyanın “Hayduk” klubları ilə qarşılaşacaq.


Turnirdə iştirak edəcək digər komandalar arasında İtaliyanın “Atalanta”, “Venesiya” və “Udineze”, Bosniya və Herseqovinanın “Jrinski”, Sloveniyanın “Primorye”, həmçinin Xorvatiyanın “Lokomotiv” (Zaqreb) klubları da yer alır.


Reqlamentə əsasən, qrup qalibləri və ən yaxşı nəticə göstərən ikinci yer sahibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Digər komandalar isə 5-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.


Qrup mərhələsinin oyunları təbii örtüklü “Armando Zimolo Trivinyano” stadionunda keçiriləcək. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq.


“Qarabağ” ilk oyununu iyunun 6-da “Karlin Muzane”, daha sonra isə “Bolonya” və “Haydukla qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları və bağlanış mərasimi iyunun 7-də baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR