son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Millimizin üzvləri Sumqayıtda şagirdlərlə görüşüb

Bölmə adı Milli
Yayımlandı 3-06-2026, 18:38

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları Günay İsmayılova, Aytac Şərifova, Kamilla Məmmədova, Esra Manya, Peritan Bozdağ və Vüsalə Seyfəddinovanın iştirakı ilə Sumqayıt şəhər 10 və 18 nömrəli tam orta məktəblərdə imza günü təşkil olunub.


Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, məqsəd milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına qarşı keçirəcəyi oyunun təbliğatını aparmaq, həmçinin şagirdlərə milli komanda haqqında ətraflı məlumat vermək olub.


Görüş zamanı futbolçular şagirdlərlə ünsiyyətdə olub, xatirə şəkilləri çəkdirib və imza paylayıblar. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və məktəblilər milli üzvlərinə qarşıdakı oyunda uğurlar arzulayıblar.


Tədbirdə AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, Sumqayıt şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Oqtay Nuriyev, 10 nömrəli tam orta məktəbin direktoru Səmra Quluzadə və 18 nömrəli tam orta məktəbin direktoru Nərminə Ömərova iştirak ediblər.


Qeyd edək ki, iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Macarıstan oyunu saat 18:00-da başlanacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR