son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Bakıda üzgüçülük üzrə Dünya Kuboku yarışları keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 2-06-2026, 18:56

1-3 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində üzgüçülük üzrə Dünya Kuboku yarışları keçiriləcək. 


Sport1.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, eləcə də beynəlxalq federasiyanın texniki və təşkilati tələblərinin yerinə yetirilməsi məqsədilə Bakı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb.


Hazırlıq dövründə idman obyektində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, yarış avadanlıqları quraşdırılacaq, texniki və inzibati zonalar yaradılacaq, həmçinin iştirakçıların, hakimlərin, beynəlxalq federasiya nümayəndələrinin, könüllülərin və Təşkilat Komitəsinin fəaliyyəti üçün zəruri infrastruktur hazırlanacaq. Bu səbəbdən bədii gimnastika, bədii üzgüçülük, quruya tullanma məşqləri (Dry Diving), yapon döyüş növləri bölmələrinin, həmçinin Olimpiya hovuzu (50 metrlik), məşq hovuzu və su polosu hovuzunun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.


Qeyd edək ki, tətbiq olunan məhdudiyyətlər yalnız Dünya Kubokuna hazırlıq və yarışların keçirilməsi müddətini əhatə edir və daimi xarakter daşımır. Hazırlıq işləri və beynəlxalq yarış başa çatdıqdan sonra bütün bölmələrin və hovuzların fəaliyyətinin mərhələli şəkildə bərpa olunması nəzərdə tutulur. Qərar yalnız beynəlxalq idman tədbirinin təşkili ilə bağlı yaranmış təşkilati, texniki və təhlükəsizlik tələblərindən irəli gəlir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR