son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Bu futbolçu DÇ-2026-da oynaya bilməyəcək

Bölmə adı Futbol
Yayımlandı 2-06-2026, 17:14

Avstriya millisinin və Almaniyanın "Leyptsiq" klubunun yarımmüdafiəçisi Kristof Baumqartner zədə səbəbindən Dünya Çempionatında çıxış edə bilməyəcək.


Sport1.az Avstriya Futbol İttifaqına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Tunis yığması ilə yoldaşlıq oyunundan (1:0) əvvəl, isinmə hərəkətləri zamanı sağ bud nahiyəsindən zədələnib.


MRT müayinəsindən sonra onun dünya çempionatında iştirakının qeyri-mümkün olduğu müəyyənləşib.


Kristof Baumqartner 2025/2026 mövsümündə "Leyptsiq"in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Avstriya millisi J qrupunda İordaniya, Argentina və Əlcəzair yığmaları ilə qarşılaşacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR