son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Azərbaycan təmsilçisi Çempionlar Liqasına əsas mərhələdən başlayacaq

Bölmə adı Futbol
Yayımlandı 2-06-2026, 16:51

UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb.


Sport1.az xəbər verir ki, yarış ötən il olduğu kimi keçiriləcək.


 Bu dəfə də ilkin və əsas mərhələnin oyunları miniturnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək. Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.


İlkin və əsas mərhələnin püşkatması: 8 iyul


İlkin mərhələnin oyunları: 25-30 avqust


Əsas mərhələnin oyunları: 27 oktyabr – 1 noyabr


1/8 və 1/4 finalın püşkatması: 4 noyabr


1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr


1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027


Final: 6 və ya 7 // 8 və ya 9 may 2027


İlkin mərhələ


Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Miniturnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.


Əsas mərhələ


A yolu


Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.


B yolu


12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.


1/8 final


Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq.


1/4 final


Burada da şərtlər dəyişməyəcək. Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.


Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasının yeni mövsümündə də “Araz-Naxçıvan” təmsil edəcək. Komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR