
“Bolonya” komandasının yeni baş məşqçisi məlum olub.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi bu vəzifəyə Domeniko Tedeskonu gətirib. Mütəxəssislə 2028-ci ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, Domeniko Tedesko son olaraq Türkiyənin “Fənərbağça” komandasında rəhbərlik edib.