son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Sevilməyən "Zirə"nin Avropadan kənarda qalmasının səbəbi - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 20-05-2026, 09:26

“Zirə” son üç ildə Azərbaycanı Avropada ardıcıl təmsil edirdi. Lakin komanda bu mövsüm qitə turnirlərindən kənarda qaldı.


"Qartallar"ın kubokun finalında “Sabah”a uduzması mövsüm boyu gizlənən bütün problemləri ortalığa çıxardı. Bu məğlubiyyət qəsəbə klubunun son ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. Reallıq budur ki, hər şey vaxtından əvvəl bitdi.


Bu gün futbol ictimaiyyəti yaşanan duruma o qədər də üzülmür. Sırf buna görə futbolsevərləri qınamaq olmaz. Çünki komanda ilin ikinci yarısından bəri meydanda futbol oynamırdı. Onlar sadəcə əziyyət çəkirdilər.


Turnir cədvəlinin son sətirlərindəki rəqiblərlə matçlarda belə xallar güc-bəla ilə qazanılırdı. Oyunçuların yaşıl meydanda nə etmək istədiyi başa düşülmürdü. Hücumda yaradıcılıq sıfıra bərabər idi. Heyətin fərdi gücü isə böyük hədəflərə bəs etmirdi. Komanda son qarşılaşmalarda plansız, ruhsuz və gücdən düşmüş görünürdü.


Açıq danışaq. “Zirə" təsadüfən kuboku qazansaydı belə, bu oyunla Avropada uzağa gedə bilməyəcəkdi. Bəlkə də bu uğursuzluq rəhbərlik üçün ən doğru xəbərdarlıq oldu. Zamanında gələn siqnal idi.


Amma bütün bu mənzərədə adamın ən çox heyfi gəldiyi şəxs Rəşad Sadıqovdur. Ölkədə savadlı və gələcəyi parlaq yerli məşqçilər onsuz da çox deyil. Sadıqov isə az büdcə və zəif heyətlə belə, illərdir bu klubu müəyyən səviyyədə saxlayırdı. Lakin futbol təkcə taktika lövhəsində cızılan sxemlərdən ibarət deyil. Qələbə üçün meydanda can qoymaq lazımdır. Enerji və xarakter şərtdir. İndiki komandada isə məhz həmin istəyin itdiyi aydın hiss olundu.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR