son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Avropa çempionları: “Vətəndə çempion olmaq üçün əlimizdən gələni edəcəyik”

Bölmə adı Güləş
Yayımlandı 19-05-2026, 18:17

Azərbaycanın U-17 sərbəst güləş millisinin üzvü Hüseyn Rzazadə (48 kq) Avropa çempionatında qazandığı çempionluğu Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamaq istəyir.


Sport1.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı Bolqarıstanın Samokov şəhərində qazandığı qızıl medal barəsində danışıb:


"Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan məşqçilərə – Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram. Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamağa çalışacağam".


İbrahim Həsənov (51 kq) 17 yaşadək güləşçilər arasında debütünün uğurlu olmasını vurğulayıb:


"Yarış çox yaxşı keçdi. Çox şükür ki, U-17 yaş qrupunda debütümü çempionluqla qeyd etdim. Üstümdə böyük əməyi olan şəxsi məşqçim Rauf Xəlilova və ailəmə dərin minnətdarlığımı bildirirəm. Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamağa çalışacağam. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq".


Daha bir qızıl medalçı Nihad Süleymanlı (80 kq) isə mübarizələrin gərgin keçdiyini bildirib:


"İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim. Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, Azərbaycanın U-17 sərbəst güləş millisi Avropa çempionatını ikinci sırada bitirib. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR