“Sumqayıt”ın heyətində itki baş verib. Sport1.az -a daxil olan məlumata görə, yeni transfer Abdul Raşid Mumini sıradan çıxıb. “Sabah”la oyunda zədələnən 20 yaşlı müdafiəçi “Turan Tovuz”a qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.
Benin millisinin dəvətini alan Mumini yığmaya da qoşula bilməyəcək. Müdafiəçinin təxminən 2 həftə sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
Xatırladaq ki, Abdul Raşid Mumini bu yay “Sumqayıt”la 3 illik müqavilə imzalayıb və “25” nömrəli formanı geyinir.