Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" ciddi itki ilə üzləşib. Sport1.az xəbər verir ki, komandanın aparıcı oyunçularından biri olan Rafa Silva sıradan çıxıb.
32 yaşlı vingerin hər iki ayağının baldır əzələsində zədə aşkarlanıb.
Portuqaliyalı futbolçu təxminən 1-2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Rafa bu mövsüm "Beşiktaş"ın heyətində 15 matça çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.