
Sabah I Liqada çempionun adı bəlli ola bilər.
"Şəfa" səfərdə "Difai"ni məğlub etsə, 2025/26 mövsümünün qalibi olacaq. Bununla da paytaxt təmsilçisi Premyer Liqaya vəsiqəni təmin edəcək.
Sport1.az-a daxil olan məlumata görə, "Şəfa" "Difai" ilə oyuna ciddi yanaşır. Bakı klubunun rəhbərliyi Ağsu təmsilçisi ilə görüşdə qalib gələcək komandaya böyük mükafat vəd edib. "Şəfa" "qazilər"i məğlub etsə, kollektivə ümumilikdə 40 min manat "premya" veriləcək.
Qeyd edək ki, qarşılaşma saat 16:00-da start götürəcək.