"Dembele ilə rəqabət aparan yox idi"

Bölmə adı Fransa
Yayımlandı 23-09-2025, 15:52

"Franche Football"ın baş direktoru Vinsent Qarsiya "Qızıl top"un səsverməsindən danışıb.

Sport1.az xəbər verir ki, o, səsvermədə qalib olan Usman Dembele ilə rəqabət aparan oyunçunun olmadığını deyib:

"Açığını desəm, rəqabət yox idi. Usman böyük fərqlə qalib gəldi. O, bizim münsiflər heyətinin əhəmiyyətli hissəsinin dəstəyini qazandı.

"Dembele bütün qitələrdə - Afrika, Avropa, Cənubi və Şimali Amerikada səsverməni böyük fərqlə qazandı. O, "Qızıl top"un şəksiz qalibidir".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR