son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Qadın futbolunda "TikTok" erası - KÖŞƏ

Bölmə adı Manşet / Yazı
Yayımlandı 22-04-2026, 00:56

Qadın millimiz Andorranı hər iki oyunda məğlub etdi. AFFA rəsmiləri bunu ictimaiyyətə "tarixi uğur" kimi sırıdılar.


Ay qardaş, kimi aldadırsınız? Bu komandanın canı türklər, ruslar, gürcülərdir. Ortada "bizim futbol" deyilən bir şey yoxdur. Bu qələbələr sadəcə ucuz vitrinin bəzəyidir.


Real vəziyyəti görmək üçün U-19-un darmadağın olduğu oyunlara baxın. Aşağı yaş qrupları görülən işin güzgüsüdür. Orada isə biabırçılıqdan başqa heç nə yoxdur. Biz vaxtilə Türkiyəni və Kipri udan komanda olmuşuq. İndi Banqladeş və Andorra ilə özümüzə təsəlli veririk. Ayıbdır, vallah ayıbdır.


​Baş katib Cahangir Fərəcullayevin gətirdiyi Emrah Aykurt hanı? Bu adam gələn gündən A millinin yaxınlığına buraxılmır. Mütəxəssisi aşağı yaş qruplarına sürgün ediblər. Niyə? Bəlkə Zümrüd Ağayeva qabağa getməsin deyə adamın yolunu kəsib? Görəsən, adıçəkilən xanım bu vəzifə qadın futbolunu dirçəltməyə gəlib, yoxsa "TikTok" videoları çəkməyə? Cahangir Fərəcullayev o kreslonu Zümrüd xanıma şou yaratmaq üçün verib? Oyunları 10-0, 20-0 bitən milli sizin inkişafınızdır? Bu, futbol oynamaq deyil, futbolun qəbrini qazmaqdır.


​Görünən odur ki, Rövşən Nəcəf və Cahangir Fərəcullayevin xeyir-dua verdiyi kadrlar futbolu məhv edir. AFFA-da sistemdən və islahatdan danışırlar. Amma qadın futbolu uçuruma gedir. Andorra qələbəsi ilə camaatın gözünə kül üfürməyin. U-19-un bu günü sizin əsl işinizdir. İndi çıxın, bu rüsvayçılığa bir cavab verin.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR