ABL: Pley-ində daha üç oyun keçiriləcək

Bölmə adı ABL
Yayımlandı 14-04-2025, 10:17

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında növbəti oyunlar keçiriləcək.

Sport1.az xəbər verir ki, pley-in mərhələsinin ikinci matçları keçiriləcək.

“Ordu”, “Sərhədçi” və “Abşeron” ikinci qələbə ilə seriyanı bitirmək üçün meydana çıxacaq. İlk matçda uduzan “Ordu”, NTD və “Sumqayıt” dueli 3-cü qarşılaşmaya daşımaq üçün qalib gəlməlidir.

Qeyd edək ki, digər cütdə “Lənkəran”a 2 dəfə qalib gələn “Gəncə” pley-offa yüksəlib.

Azərbaycan Basketbol Liqası
Pley-in, ikinci oyunlar
14 aprel
14:00. “Quba” – “Ordu”
Quba OİK
Seriyada hesab – 0:1

18:00. NTD – “Abşeron”
“Sərhədçi” İM
Seriyada hesab – 0:1

21:00. “Sərhədçi” – “Sumqayıt”
“Sərhədçi” İM
Seriyada hesab – 1:0

Müəllif: Sport1.az