
"Udineze" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zaniolo ilə bağlı qərarını verib.
Sport1.az xəbər verir ki, A Seriyası klubu italiyalı futbolçunun transfer hüquqlarına yiyələnmək istəyir.
Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Klub 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İstanbul nəhənginə 10 milyon avroluq satınalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, "Udineze" Nikolo Zaniolunu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.