
“Liverpul”un futbolçusu Federiko Kyeza fiziki problemlər səbəbindən DÇ-2026-nın pley-off mərhələsində İtaliya milli futbol komandasına kömək edə bilməyəcək.
Sport1.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 28 yaşlı oyunçu tibbi müayinədən sonra heyətdən kənarlaşdırılıb. Baş məşqçi Cennaro Qattuzo onun əvəzinə Nikolo Kambiaqonu milliyə çağırıb.
Bundan əlavə, Canluka Skamakka da heyətdən çıxarılıb.
Qeyd edək ki, İtaliya yığması pley-off yarımfinalında martın 26-da Şimali İrlandiya ilə qarşılaşacaq.