Hidayət Heydərov Avropa Çempionatı üçün heyətdən çıxarıldı - SƏBƏB

Bölmə adı Cüdo
Yayımlandı 22-04-2025, 10:02

Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb. Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-də tarixlərində Monteneqroda keçiriləcək. Turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Müəllif: Sport1.az