“Liverpul” rəhbərliyi hücumçu Federiko Kyezanın gələcəyi ilə bağlı qərarını verib.Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçunun yanvarda klubdan ayrılacağı gözlənilirdi. Lakin rəhbərlik onun komandanın vacib üzvünə çevrildiyini nəzərə alaraq italiyalını saxlamağa qərar verib.
2024-cü ilin yayında İngiltərə klubuna keçən Kyeza bu mövsüm bütün turnirlərdə 6 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 14 milyon avro olaraq qiymətləndirir.