son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Mikels "Sabah"ın uğurunun əsas səbəbini AÇIQLADI - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-03-2026, 10:57

"Sabah"ın üzvü Coy-Lens Mikels Sport1.az-ın suallarını cavablandırıb.


Həmin müsahibəni təqdim edirik...


- Premyer Liqanın son turunda "İmişli"ni 5:0 hesabı ilə darmadağın etdiniz. Oyun performansınızı necə qiymətləndirirsən?

 - Düşünürəm ki, komanda olaraq çox yaxşı çıxış etdik. Oyuna yaxşı nəzarət etdik, taktiki baxımdan intizamlı davrandıq. Bir neçə yaxşı qol şansı yaratdıq. Əlbəttə, həmişə inkişaf etdirə biləcəyimiz detallar var. Lakin oyuna yanaşmamızdan və nəticədən razıyam.


- Maraqlıdır ki, komandanın bu mövsüm yeganə məğlubiyyəti məhz “İmişli”yə qarşı olub...

- Revanş hissi yox idi. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Revanş hissinin hansısa rol oynadığını düşünmürəm. Matçdan öncə ancaq bu oyun barədə düşünürdük. Yanaşmamız digər oyunlardakı kimi idi.


-Azərbaycan Kubokunda artıq yarımfinal mərhələsindəsiniz. "Sabah" bu mövsüm iki cəbhədə uğur qazanmağa hazırdır?

 -Bəli, düşünürəm ki, hazırıq. Güclü və rəqabətə davamlı heyətimiz var. Məşqçilərimiz bizi hər oyuna çox yaxşı hazırlayır. İki cəbhədə mübarizə aparmaq həmişə çətindir. Amma bu, həm də motivasiya da verir. Həm çempionatda, həm də kubokda ən yaxşısını etməyə çalışırıq.


- 22 turdur ki, məğlub olmursunuz. Sabitliyin və uğurlu seriyanın əsas sirri nədir?

 - Komanda daxilindəki birlik çox vacibdir. Hamı həm məşqlərdə, həm də oyunlarda bir-biri üçün çalışır. Taktiki və mental olaraq güclüyük. Çətin anlarda belə diqqətimizi itirmirik və öz oyunumuza inanırıq.


- 14 qolla bombardirlər siyahısına başçılıq edirsən. Mövsümün sonu ən yaxşı ola biləcəksən?

- Şablon səslənə bilər. Mənim üçün əsas komandanın uğur qazanması və sonda çempion olmağımızdır. Təbii ki, bombardir olmaq haqda da düşünürəm. Bunu da bacarsam, çox xoşbəxt olaram.


- Bu tur "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib hazırda çətin durumdadır. Bu qarşılaşmada qələbə qazana biləcəksiniz?

- Hər oyuna qalib gəlmək üçün çıxırıq. "Sumqayır"la matça da ciddi yanaşmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qalib gələk.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR