son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Milliyə çağırsalar da, çağırmasalar da, sağ olsunlar" – "Araz-Naxçıvan"ın üzvü

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 18-03-2026, 23:21

Misli Premyer Liqasının 25-ci turunda "Şamaxı" "Araz-Naxçıvan"a məğlub oldu - 0:1.


Qarşılaşmadan sonra qonaq komandanın üzvü Slavik Alxasov Sport1.az-ın suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik...



–Oyun haqqında fikirləriniz?

– Qələbə qazandığımız üçün çox şadıq. “Şamaxı” səfərindən 3 xalla qayıdırıq. Bilirdik ki, çox çətin oyun olacaq. Çünki “Şamaxı” mübarizə aparan komandadır və son turlarda inamlı çıxış edirdi. Ona görə oyuna ciddi hazırlaşmışdıq. Elə matç idi ki, kim qol vursaydı, qalib tərəf o olacaqdı. Bunu da biz etdik və qələbə qazandıq.


– Meydanda rəqibə qarşı daha aqressiv görünürdünüz. Hansısa prinsipiallıq var idi?

– Xeyr! Hansısa xüsusi prinsipiallıq yox idi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyunumuzun 100 faizini göstərmək istəyirdik və bunun nəticəsində 3 xal qazandıq.


– Son oyunlarda performansınızda yüksəliş hiss olunur. Qarşıdan milli toplanış yaxınlaşır. Yığmaya dəvət alacağınızı düşünürsünüz?

– Çağırsalar da, çağırmasalar da, sağ olsunlar. Milli komanda hamı üçündür. Hər bir yerli futbolçu millidə oynamaq istəyər. Çağırsalar, çox sevinərəm. Çağırmasalar da, problem deyil. Meydanda olmasam belə, hər mənada dəstək olmağa hazıram.


– U-20 Dünya Çempionatı Özbəkistanla birgə Azərbaycanda keçiriləcək. Gənclərdən gözləntiniz nədir?

– Onlara uğurlar arzulayıram. Güman edirəm ki, qrup mərhələsini keçib, ölkəmizi layiqincə təmsil edəcəklər.



MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR