son dəqiqə SON DƏQİQƏ
Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib -

Millinin məşqçisi İspaniyada nə gəzirdi? – ÖZÜ AÇIQLADI

Bölmə adı Milli / Manşet
Yayımlandı 17-03-2026, 23:16

Azərbaycanın U-21 millisinin köməkçi məşqçisi Fərid Namazov İspaniyada təcrübə proqramında iştirak edib.


Mütəxəssis UEFA “Pro” lisenziyası çərçivəsində La Liqa təmsilçisi “Real Betis”in düşərgəsində olub. Namazov mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları dedi:


“İlk növbədə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda UEFA “Pro” lisenziyası üzrə təhsilimi davam etdirirəm. Lisenziyanın tələblərindən biri də Avropanın aparıcı komandalarından birində 7-8 günlük hazırlıq prosesini izləmək və təcrübə keçmək idi. Mən də top liqalardan birində çıxış edən komandanın düşərgəsində olmaq istəyirdim. Bunun üçün hazırda “Şamaxı” akademiyasının rəhbəri olan veteran futbolçumuz Vəli Qasımova müraciət etdim. Vəli müəllim “Real Betis”in keçmiş futbolçusudur və klubda böyük nüfuza sahibdir. Onun köməyi ilə klubla əlaqə saxladıq və sağ olsunlar, mənim orada təcrübə keçməyimə razılıq verdilər. Fevralın 21-dən martın 1-dək komandanın düşərgəsində oldum. Həmin müddətdə iki oyunu stadiondan izlədim və bu qarşılaşmalar arasındakı hazırlıq prosesini yaxından gördüm. Klubun düşərgəsinə daxil olanda komandanın səviyyəsi dərhal hiss olunurdu. İşə yanaşma çox yüksək idi. Əlbəttə, yüksək səviyyəli futbolçular öz yerində, amma məşqçi heyətinin işi də xüsusi diqqət çəkirdi”.


Mütəxəssis “Real Betis”də baş məşqçi işləyən Manuel Pelleqrini ilə görüşündən də danışdı:


“Orada olduğum müddətdə komanda “Sevilya” ilə derbiyə hazırlaşırdı. Buna baxmayaraq, baş məşqçi Manuel Pelleqrini və bütün məşqçi heyəti mənə çox isti münasibət göstərdi və suallarımı ətraflı cavablandırdı. Onunla əsasən komandanın idarə olunması və məşqçilik karyerasında qarşılaşdığı çətinliklər barədə danışdıq. Bundan əlavə, məşqlərin planlaşdırılması və iş bölgüsü ilə bağlı da bir neçə sual verdim. Orada diqqətimi çəkən əsas məqamlardan biri məşqçi heyətinin sayının çox olması idi. Bir məşq zamanı meydanda təxminən 16-17 nəfər məşqçi və texniki heyət üzvü fəaliyyət göstərirdi. Məşqə çıxmayan bəzi əməkdaşlar isə prosesi ofisdən canlı izləyirdi. Köməkçi məşqçilər, fiziki hazırlıq üzrə mütəxəssislər, analitiklər, həkimlər və qidalanma üzrə mütəxəssislərlə də görüşmək imkanım oldu. Onların məsuliyyət sahələri və baş məşqçi ilə iş prinsipləri barədə ətraflı məlumat əldə etdim. Futbolçuların məşqlərə peşəkar yanaşması da xüsusi diqqət çəkirdi. Ümumilikdə, yeni tendensiyaları yerində görmək baxımından çox faydalı bir səfər oldu. Bir daha sizin vasitənizlə Vəli Qasımova və onun İspaniyadakı keçmiş komanda yoldaşlarına göstərdikləri köməyə görə təşəkkürümü bildirirəm”.

ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR