ABL-də daha üç oyun

Bölmə adı ABL
Yayımlandı 11-04-2025, 10:50

Azərbaycan Basketbol Liqaısnda pley-in mərhələsinin daha üç oyunu bu gün keçiriləcək.

Sport1.az xəbər verir ki, ilk olaraq "Abşeron" NTD-ni qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Saat 19:00-da "Sumqayıt" "Sərhədçi" ilə, "Ordu" "Quba" ilə münasibətlərə aydınlıq gətirəcək.

Birinci və üçüncü görüş Abşeron Olimpiya İdman Kompleksində, ikinci matç isə Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Gəncə" "Lənkəran"ı 96:92 hesabı ilə üstələyib. Pley-ində iki qələbəyə ilk çatan kollektiv pley-offa vəsiqə qazanacaq. Növbəti oyunlar 13-14 apreldə olacaq.

Müəllif: Sport1.az