
Türkiyəli mütəxəssis Engin Fırat 55 yaşında vəfat edib.
Sport1.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Moldova millisinin sabiq baş məşqçisi İstanbul hava limanında ürək tutmasından həyatını itirib.
Qeyd edək ki, E.Fırat Moldova millisindən başqa, Keniya yığmasını, İranda "Sepehan", "Sayfa", "Qostareş" klublarını da çalışdırıb. O, bu ilin fevralından Livanın “Nedjmex” klubunun baş məşqçisi idi. Mütəxəssis həmçinin "Fənərbağça"da köməkçi məşqçi kimi də fəaliyyət göstərib.