son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Almaniyalı hücumçu İspaniya nəhənginin hədəfində

Bölmə adı İspaniya
Yayımlandı 5-03-2026, 15:57

Nik Voltemeyde karyerasını İspaniyada davam etdirə bilər.


Sport1.az xəbər verir ki, "Nyukasl"ın üzvü ilə "Barselona" yaxından maraqlanır. Məlumatı "Football365" yayıb. 


Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik klubun idman direktoru Dekoya yay transfer pəncərəsi zamanı həmyerlisini transfer etməyi tapşırıb. Voltemade mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilən Robert Levandovskinin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.


Mümkün transfer kataloniyalılara 70-90 milyon avro arasında başa gələ bilər.


Nik Voltemeyde 2025-ci ildə "Ştutqart"dan "Nyukasl"a 75 milyon avroya keçib. Alman hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyul ayına qədərdir.


Qeyd edək ki, forvard bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə 42 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.



Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR