
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində yeddi medal qazanan millinin üzvlərini təbrik edib.
Sport1.az xəbər verir ki, qurum rəhbəri bu barədə “X” hesabında paylaşım edib.
R.Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, “Böyük Dəbilqə”də dörd qızıl, bir gümüş və iki bürünc olmaqla ümumilikdə yeddi medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.
