son dəqiqə SON DƏQİQƏ
Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib

"Neftçi"nin üzvündən etiraz: "Biabırçılıqdır" – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-02-2026, 21:03

Misli Premyer Liqasının 22-ci turunda "Şamaxı" doğma meydanda "Neftçi"ilə heç-heçə etdi - 2:2.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların üzvü Elvin Bədəlov jurnalistlərin suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik... 



– Hakimlər Komitəsi səhvlərlə bağlı açıqlamalar verir, amma nəticə dəyişmir. Xal itirirsiniz, avrokubok hədəfiniz var. Bu qərarlar komandaya necə təsir edir?

– Çox ciddi məsələdir. Əlbəttə, təsir edir. Bu hal birinci dəfə yaşanmır. Haradasa minimum 9 xalımız gedib. Çox üzücü haldır. Açığı, fikir bildirmək çətindir, sadəcə biabırçılıqdır.


– Növbəti tur əsas rəqiblərinizdən biri olan "Turan-Tovuz" ilə qarşılaşacaqsınız. Oyun barədə nə deyə bilərsiniz?

 – Avrokuboklar uğrunda vəsiqə üçün əsas rəqiblərimiz üzərində qələbə qazansaq, məqsədimizə çata bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik ki, istəyimizə nail olaq.


– Bu qarşılaşmanı 6 xallıq oyun adlandırmaq olar? Çünki "Sumqayıt" ilə xal fərqini artıra, "Araz-Naxçıvan" ilə isə fərqi bərabərləşdirə bilərdiniz...

 – Bəli, adlandırmaq olar. Amma "Şamaxı" səfərindən inanmıram ki, kimsə rahat qələbə ilə qayıtsın. Bu oyunda qələbə haqqımız idi. Növbəti matçlarda qalib gəlsək, inşallah bu görüşü unudub, daha yuxarı pillələrə qalxa bilərik.


– İki həftə oynamamağınız bugünkü performansa təsir etdimi?

 – İlk hissədə təsiri hiss olundu. Oyundakı üstünlüyümüz zəif idi. Ağır səfər, hava şəraiti də təsirini göstərdi. Amma ikinci hissədə toparlandıq. Bu qarşılaşmada qalib tərəf biz olmalı idik. Təəssüf ki, futbolda belə hallar olur.



MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR