son dəqiqə SON DƏQİQƏ
Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tovuzda qolsuz sülh, "Araz-Naxçıvan" "Neftçi"yə qarşı - Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya

Millimizin kapitanı: “Bunu bəhanə etmirik”

Bölmə adı Futbol
Yayımlandı 10-04-2025, 11:52

“İsveçə dünən gəldik və yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik. Futzalçıların əhval-ruhiyyəsi yaxşıdır”.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Emin Kürdov deyib.

Yığmamızın kapitanı Avropa çempionatının əsas mərhələsinin İsveçlə sabah keçiriləcək oyunu ərəfəsində azfutzal.az-a açıqlama verib:

“Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik.
Heyətimizdə mikrozədəlilər var. Həmin zədələr onların oynamağına mane olmayacaq”.


Kürdov bildirib ki, yığmamız reytinq xalları üçün mübarizə aparacaq:

“İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu görüşə yönəldəcəyik. Düzdür, Bakıya döndükdən 2 gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar.
Bu gün baş məşqçi tərəfindən videogörüntülər təqdim olunacaq. Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əlehimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məşqimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.

Qeyd edək ki, İsveç – Azərbaycan oyunu aprelin 11-də keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR