
İngiltərə Premyer Liqasının 27-ci turunda “Tottenhem” doğma meydanda “Arsenal”a 1:4 hesabı ilə uduzub.
Sport1.az xəbər verir ki, bununla da London klubu 2026-cı ildə çempionat çərçivəsində keçirdiyi doqquz oyunda qələbə qazana bilməyib.
“Tottenhem” daha əvvəl “Brentford” (0:0), “Sanderlend” (1:1), “Bernli” (2:2) və “Mançester Siti” (2:2) ilə heç-heçə edib, “Bornmut” (2:3), “Vest Hem” (1:2), “Mançester Yunayted” (0:2) və “Nyukasl”a (1:2) məğlub olub.
Qeyd edək ki, hazırda 29 xala malik olan “şpurlar” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda növbəti turda martın 1-də səfərdə “Fulhem”lə üz-üzə gələcək.