son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Qarabağ”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer

"Sumqayıt" bu məsələrlə bağlı AFFA-ya şikayət edəcək? – RƏSMİ AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 20-02-2026, 00:21

AFFA İntizam Komitəsi son iclasında bir sıra qərarlar qəbul edib.


Misli Premyer Liqasının XX turunda “Araz-Naxçıvan”la səfər oyununda 74-cü dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Aleksandr Ramalinqo 3 oyunluq cəzaya məruz qalıb. Klub isə bu epizoda görə 3000 manat cərimələnib.


Bununla yanaşı, azarkeşlərin rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəbindən “Sumqayıt” əlavə olaraq 6000 manat cərimə olunub.


Klubun mətbuat katibi Zaur Xudiyev Sport1.az-a açıqlamasında qərardan apelyasiya şikayəti verilməyəcəklərini bildirib. Onun sözlərinə görə, komanda daha əvvəl də bir neçə dəfə apelyasiya müraciəti edib, lakin müsbət nəticə əldə olunmayıb.


Xudiyev nümunə kimi baş məşqçi Saşa İliçə verilən 4 oyunluq cəzanı xatırladıb. Klub həmin qərardan da apelyasiya şikayəti versə də, müraciət təmin olunmamışdı. Buna görə də “Sumqayıt” bu dəfə hüquqi prosesi davam etdirməmək qərarına gəlib.


NİHAT KƏRİMLİ

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR