15:56 16.02.2026 138

Pəhləvanla şeytanın nağılı - KÖŞƏ

Qədim zamanlarda bir pəhləvan var imiş.


O qədər güclü, o qədər bacarıqlı, o qədər nəhəng imiş ki, onun kürəyini yerə vuran, dizini əyən bir pəhləvan yox imiş yer üzündə. Bir də o zamanlarda bir şeytan var imiş. Şeytan xalqa zülm edirmiş. Ordular, qoşunlar şeytanın üstünə getsə də, hamıya qalib gələr, heç kimə uduzmazmış. 


Bir gün xalq yığılır, gedir pəhləvana xahiş, yalvar-yaxar edir ki, bizi bu şeytandan qurtarsan, elə sən qurtaracaqsan. Gəl, bu şeytanla savaş, bizi xilas et. 


Pəhləvanın xalqa yazığı gəlir, onların alqışı, onların xeyir-duası ilə yola çıxır gedir şeytanı axtarmağa. Axtarır, axtarır, nəhayət ucqar bir vadidə, bir dağın ətəyində şeytanı tapır. Deyir ki, xalqı incidirsən, insanlara əziyyət verirsən, gərək səni öldürüm. Şeytan deyir ki, xalqdan sənə nə, sənlə işim yoxdu, sənin də mənlə işin olmasın. Pəhləvan da deyir ki, yox, gərək savaşaq. Nəysə, tutaşırlar. Bir az o buna güc gəlir, bir az bu ona. O bunu tutur, bu onu dartır, nəhayətində Pəhləvan şeytanın dizini yerə gətirir, kürəyini yerə basır, xəncərini çıxarıb başını kəsmək istəyəndə şeytan deyir ki, əl saxla. Sən məni öldürmə, xalqı da incitməyəcəm, sənə də hər gün bir manat pul verəcəm. Hər səhər oyananda yastığının altında pulu tapacaqsan. Pəhləvan bir az düşünür - daşınır, bir az fikrə gedir, axırda razılaşır. Şeytanı buraxır, özü də evinə dönür.


Nağıl dili yüyrək olar, aradan bir xeyli zaman keçir. Pəhləvan hər səhər yastığının altında 1 manatı görür, xalq da yaddan çıxır, millət də. Gəl zaman, get zaman, bir gün Pəhləvan oyananda görür ki, yastığın altı boşdur, manat yoxdur. Düşünür ki, yəqin unudub. O biri gün yenə pul olmur, növbəti gün yenə, bir sonrakı gün yenə. Bu minvalla 7 gün səbr edir, nəhayət qərara alır ki, gedib şeytanı tapsın. 


Yola çıxır, axtarır, gəzir yenə eyni ucqar vadidə şeytanla rastlaşır. Deyir, ey şeytan sən mənim pulumu vermirsən, bu dəfə səni öldürəcəm. Yenə tutaşırlar. Elə ilk həmlədə şeytan bunu yıxır yerə. Başını kəsmək istəyəndə Pəhləvan deyir ki, ey şeytan, necə olur ki, keçən dəfə mən sənə qalib gəlmişdim, amma indi sən elə ilk dəfədən yendin məni? 


Şeytan cavab verir ki, ey Pəhləvan, sən birinci dəfə gələndə arxanda elin gücü, xalqın xeyir-duası, millətin dəstəyi var idi, onların dərdi üçün gəlmişdin, ona görə də qalib gəldin. Amma indi, bu dəfə bir manat üçün döyüşürsən. Məqsədin, istəyin ancaq qazancdı. Ona görə də uduzdun... 


O gün Qurban Qurbanov hakim idarəçiliyindən, Qubadakı meydançanın yararsızlığından, "Qarabağ"a qarşı verilən açıqlamalardan, "Nyukasl"a qarşı yaxşı hazırlaşa bilməməkdən və s. şikayət edib. Özü də çox əsəbi, aqressiv, heç vaxt görmədiyimiz sərt tonda. 


Niyəsə bu nağıl yadıma düşdü...


UĞUR

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

16:06

Keyn Linekerə çatdı

15:39

PSJ-nin üzvü İngiltərə yolunda

15:15

Boksçu faciəvi şəkildə vəfat etdi

14:53

Tarixdə ikinci

14:27

Fransa millisində itki

14:19

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

14:04

Təmsilçilərimiz Dünya Seriyasının III mərhələsində

13:48

“Neftçi” braziliyalı futbolçu transfer edir

13:31

Fernandes bu klubla anlaşdı

13:09

“Difai”də yeni baş məşqçi

13:00

"Səbail" baş məşqçi ilə vidalaşdı - RƏSMİ

12:50

"Sabah"dan ayrılan legioner bu klubla anlaşdı

12:29

Ronaldonun 10 oyunluq uğursuzluğu

12:02

Bölgə klubundan transfer

11:38

"Qarabağ"ın rəqibi qalib gəldi

11:19

DÇ-2026: İkinci tura start verilir

11:01

Sarayevoda altı medal

10:49

"Real"ın transferdən qazancı

10:28

“Qarabağ”ı yox, “Omoniya”nı seçir

10:01

Kevin Medina: "Həyatımda iz qoyan bir klubla vidalaşıram"

09:38

Fransa klubunun baş məşqçisi vəfat etdi

09:15

DÇ-2026: Kolumbiya qələbə ilə başladı

09:00

DÇ-2026: Roderik Miller ehtiyatda qaldı, Qana qalib gəldi

00:36

Portuqaliya - Konqo matçının ən yaxşısı bəlli oldu

23:56

"Neftçi" klubu Orlean mərhələsinin çempionu olub

23:33

Meksika millisinin üzvü karyerasını sonlandıracaq

22:58

DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı

22:28

Dünya kuboku: Beş boksçumuz 1/4, biri 1/2 finalda

21:54

“Səbail”də yeni təyinat - RƏSMİ

21:33

“Feyenoord”un yeni baş məşqçisi bəlli oldu

20:55

Vernidubun “Neftçi”si “Dinamo” səddini rahatlıqla aşa bilər - YAZI

20:47

I Liqa klubu heyətini yeni oyunçu ilə gücləndirib

20:44

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

19:30

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

19:11

Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

18:44

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

18:11

“Şəfa” onunla bağlı qərarını verdi - RƏSMİ

18:00

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıda bilər

17:40

Milli üzvü bölgə klubunda

17:17

"Sabah" və "Qarabağ" I mərhələdə uduzsa...

16:50

Saxta futbol forması müsadirə olundu

16:32

Konfrans Liqası: "Zirə"nin növbəti rəqibi bəlli oldu

16:22

"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibinə rəqib oldu

15:49

İspaniya klubunun futbolçusu vəfat etdi

15:36

Medina "Qarabağ"dan getdi - RƏSMİ

15:10

“Qarabağ”ın potensial rəqibləri bilindi

14:52

Yeddi atletimiz Balkan çempionatında

14:29

17 cüdoçumuz "Böyük Dəbilqə"də

14:11

"Sabah"ın potensial rəqibləri bəlli oldu

13:49

Bernardo Silva rəsmən “Real”da

13:30

Neymar 5-ci dəfə ata oldu

13:03

Kapitan Messi haqqında: "Onu bağlamağa çalışdıq, amma bacarmadıq"

12:51

Portuqaliyalı futbolçu ilk oyunu buraxacaq

12:28

"Atletiko" İngiltərə klubu ilə razılığa gəldi

12:02

DÇ-2026: Günün oyunları

11:48

Təmsilçimizdən gümüş medal

11:33

Millimizin futbolçusu Rumıniya klubunda - RƏSMİ

11:11

PSJ-dən "Mançester Siti"yə

10:58

"Qarabağ" üçün növbəti püşk

10:35

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:23

"Sabah"ın növbəti rəqibi hansı komanda olacaq?

10:09

DÇ-2026: Avstriyadan inamlı qələbə

09:55

Messidən növbəti rekord

09:38

UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün bəlli olacaq

09:04

Messinin het-triki Argentinaya qələbə qazandırdı

08:30

Norveçdən darmadağın

03:00

Fransa dünya çempionatında Seneqalı məğlub edib

23:58

“Milan”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:35

“Şamaxı”dan ayrıldı - I LİQA KLUBUNA KEÇDİ

22:57

Paraatletimiz Beynəlxalq Qran-Prinin gümüş medalını qazanıb