son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Qarabağ”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer

"Qəbələ"nin məşqçisi: "Neftçi" ilə oyunda məğlubiyyətə layiq deyildik"

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-02-2026, 21:32

"Qəbələ" "Neftçi" ilə oyunda məğlubiyyətə layiq olmayıb.


Sport1.az xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi George Çixradze Misli Premyer Liqasının XIX turunda "Neftçi"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis məğlub olduqları matç barədə danışıb:


"Maraqlı və dinamik qarşılaşma alındı. Bilirdik ki, "Neftçi" oyunun əvvəlində yüksək temp nümayiş etdirəcək. İlk 15 dəqiqədə bu sürətə tam uyğunlaşa bilmədik. Rəqibin aqressiv startı nəticəsində qapımızda qol gördük. Bununla belə, buraxılan qoldan sonra oyun keyfiyyətimizi yüksəltdik və meydanda daha yaxşı çıxış etdik. İkinci hissədə hesabı dəyişmək üçün bir neçə real qol imkanı yaratdıq. Həmin epizodları dəyərləndirə bilməməyimiz təəssüf doğurur. Lakin futbol belə məqamlarla zəngindir. Ümumilikdə isə hesab edirəm ki, bu oyunda məğlubiyyətə layiq deyildik".


Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu Bakı kollektivinin 1:0 hesablı qələbəsi ilə bitib.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR